Dünya üzrə iqlim müşahidəçiləri Sakit Okeanda güclənən istiləşmə fonunda daha dağıdıcı "Super El Nino" ehtimalı ilə bağlı xəbərdarlıq ediblər. Məlumatlara görə, bu proses qlobal hava sistemini ciddi şəkildə dəyişdirə bilər.
Bildirilir ki, okean sularında qeyri-adi istiləşmə atmosferdə böyük enerji axınını gücləndirir və nəticədə dünyanın müxtəlif bölgələrində ekstremal hava hadisələrinə səbəb olur. Bu hadisələr bir tərəfdə uzunmüddətli quraqlıq və məhsul itkisi, digər tərəfdə isə güclü yağışlar və daşqınlar riskinin artmasına gətirib çıxarır.
Yaponiya Meteorologiya Agentliyinin proqnozlarına əsasən, Şimal yarımkürəsində güclü El Nino ehtimalı 70%-ə yaxın qiymətləndirilir. Agentlik xüsusilə Asiya regionunda musson yağışlarının son illər ən aşağı səviyyəsinə düşə biləc