Goranboy sakini bıçaqlanıb. Hadisə rayonun Nizami kəndində qeydə alınıb. Kənd sakini, 1992-ci il təvəllüdlü Pərvin Əsgərov bıçaq xəsarəti ilə Gəncə Şəhər Birləşmiş Xəstəxanası nəzdində olan akademik Zülfüqar Məmmədov adına xəstəxananın cərrahi şöbəsinə hospitalizasiya olunub.
Xəstənin daxili döş qəfəsinin kəsilmiş-dəşilmiş yarası və sağ bazunun kəsilmiş-dəşilmiş yarası olub. O, dərhal əməliyyat edilib.
Həkim Bəxtiyar Əliyev xəstənin vəziyyəti barədə məlumat verib:
"Xəstəyə ilkin tibbi yardım göstərilmişdir. Hal-hazırda ümumi vəziyyəti keçirdiyi əməliyyata uyğundur, stabildir. Müvafiq müalicə aparılır."
Araşdırma zamanı məlum olub ki, zərərçəkəni qonşusu, 1999-cu il təvəllüdlü Murad Nəcəfov münaqişə zəminində bıçaqlayıb. Şübhəli şəxs polis əməkdaşları tərəfindən saxlanılıb. Faktla bağlı Goranboy Rayon Polis Şöbəsində araşdırma aparılır.