Lökbatanda güclü yanğına nə səbəb olub? - RTV

Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində, Sədərək Ticarət Mərkəzinin yaxınlığında yerləşən anbarda güclü yanğın hadisəsi baş verib. İlkin məlumatlara görə, yanğın Abşeron Logistika Mərkəzinə aid anbarda başlayıb.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları cəlb olunub. Yanğının söndürülməsi istiqamətində operativ addımlar atılıb. Yanğın söndürmə əməliyyatlarına FHN-nin yanğınsöndürən helikopterləri də qoşulub.

Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən görülmüş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində, yanğının mürəkkəbliyinə və havanın küləkli olmasına baxmayaraq, daha geniş sahəyə yayılmasının qarşısı alınaraq nəzarətə götürülüb. Hazırda yanğının tam söndürülməsi istiqamətində əməliyyatlar davam etdirilir.

Yanğının söndürülməsi əməliyyatına FHN-nin Dövlət Yanğından Mühafizə Xidməti