"Lotu Quli"nin qardaşı ilə bağlı QƏRAR VERİLDİ - RTV

Böyük Britaniya mərhum kriminal avtoritet "Lotu Quli"nin qardaşı Namik Səlifova qarşı sanksiyalar tətbiq edib. Rəsmi London onu İran hökumətinin maraqları naminə hücumlar planlaşdırmaqda ittiham edir.

Namik Səlifov Böyük Britaniyanın Xarici İşlər Naziri Yvette Cooper tərəfindən mayın 11-də elan edilmiş sanksiya paketində daxil edilən şəxslərdən biridir.

Sanksiya siyahısı yenilənərək Səlifovun doğum tarixi də daxil olmaqla əlavə şəxsi məlumatları açıqlanıb. Jurnalistlər açıq mənbələr vasitəsilə onun şəxsiyyətini təsdiqləyiblər.

Səlifov İran hökumətinin maraqları naminə düşmən fəaliyyətində, o cümlədən Böyük Britaniya və digər ölkələrdə şəxslərə və obyektlərə qarşı hücumlarda iştirakda ittiham edilir. Lakin Böyük Britaniya hakimiyyəti irəli sürülən ittihamlarla bağlı konkret sübut təqdim etməyib.