Məktəblərdə tətil vaxtı dəyişdirildi - RƏSMİ - RTV

Ümumi təhsil müəssisələrinin məktəbəqədər hazırlıq qrupları və ibtidai sinifləri üzrə tətil vaxtı dəyişdirilib. Bu tətil mayın 18-dən 22-nədək müəyyən edilib.

Bu barədə Elm və Təhsil Nazirliyinin məlumatında qeyd olunub. Nazirliyin açıqlamasına əsasən, bundan əvvəl sözügedən tətil mayın 1-dən 5-nə qədər qəbul edilmişdi.