METRODA SIXLIQ-Vəziyyət nə vaxt düzələcək? - AÇIQLAMA - RTV

Bakı metrosunda baş vermiş texniki nasazlıqdan sonra şənbə günü qrafikinin tətbiqi bəzi stansiyalarda sərnişin sıxlığına səbəb olub. Səhər saatlarında metroya daxil olmaq istəyən sərnişinlər girişlərdə və keçidlərdə uzun müddət gözləməli olublar. Platformalarda və qatarların qarşısında ciddi sıxlıq yaranıb.

Sərnişin sıxlığının nə vaxt aradan qaldırılacağı ilə bağlı suallarımız Bakı Metropoliteninin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədova ünvanlanıb. Bəxtiyar Məmmədov vəziyyətlə bağlı açıqlama verib:

"Dünən elan etdiyimiz hərəkət qrafiki var. Onun əsas vəzifəsi sabit, dayanıqlı fəaliyyəti təmin etməkdir, çünki metropolitendə hal-hazırda müfəssəl araşdırma davam etdirilir. Eyni zamanda həmin məlumatda da gördüyünüz kimi tədb