"Mikayıl Cabbarov xahiş etdi ki..." - Məleykə Abbaszadədən ŞOK ETİRAF - RTV

27 aprel tarixində Dövlət İmtahan Mərkəzində (DİM) tam orta təhsil səviyyəsində xarici dil fənləri üzrə qiymətləndirmə, yeni yanaşmalar və perspektivlər mövzusunda tədbir keçirilib. Tədbirdə Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri Məleykə Abbaszadə, xarici dil fənləri üzrə ekspertlər və Bakı şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində olan məktəblərin qabaqcıl xarici dil müəllimləri iştirak ediblər.

Tədbirdə çıxış edən Məleykə Abbaszadə DİM ilə əməkdaşlıq edən mütəxəssislərə təşəkkürünü bildirib və onlara gələcək fəaliyyətində uğurlar arzulayıb. O, Mərkəzin Dövlət dili və xarici dillər üzrə şöbəsi ilə əməkdaşlıq çərçivəsində göstərdikləri peşəkar fəaliyyətə və qiymətləndirmə prosesinə verdikləri töhfələrə görə