Prezident sərəncam imzaladı- bu şəxslərə Dövlət Mükafatı verildi - RTV

Prezident İlham Əliyev 2026-cı il üçün Azərbaycan Respublikasının elm və mədəniyyət sahələrində dövlət mükafatlarının verilməsi haqqında sərəncam imzalayıb. Bu sərəncama əsasən, mükafatlar bir sıra şəxslərə təqdim edilib.

2026-cı il üçün Azərbaycan Respublikasının elm sahəsi üzrə dövlət mükafatına Asəf Hacıoğlu Hacıyev və Tarix Meyrut oğlu Dostiyev layiq görülüblər.

Mədəniyyət sahəsi üzrə isə Eldar Hidayətoğlu Mikayılzadə dövlət mükafatı ilə təltif edilib.