Quba rayonunda bıçaqlanma hadisəsi qeydə alınıb. Hadisə aprelin 13-də Tülər kəndində baş verib.
52 yaşlı Vasif Dadaşov münaqişə zəminində qonşusu, 50 yaşlı Savalan Şeydayevə bıçaqla xəsarət yetirib.
Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Quba Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən əməli törədən şəxs saxlanılıb. Faktla bağlı araşdırma aparılır.