Quba rayonunda dəhşətli yanğın hadisəsi baş verib. Hadisə rayonun Vladimirovka kəndində qeydə alınıb.
Məlumata görə, gecə saatlarında kənd ərazisində yerləşən, bir-birinə bitişik iki mağazada yanğın başlayıb. Kənd təsərrüfatı və tikinti materiallarının satıldığı, ümumi sahəsi təxminən 200 kvadrat metr olan obyektlərdə baş verən yanğın nəticəsində mağazalardakı mallar yanaraq tamamilə yararsız hala düşüb.
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin texnikası və şəxsi heyəti cəlb olunub. Yanğın qısa müddətdə söndürülüb və alovun ətraf ərazilərə yayılmasının qarşısı alınıb.
Yanğın nəticəsində sahibkara maddi ziyan dəyib. Faktla bağlı araşdırma aparılır.