Türkiyə təyyarəsində yanğın baş verdi - RTV

Türk Hava Yollarına aid təyyarə Nepalda eniş edərkən alovlanıb. Hadisə sərnişin təyyarəsinin Katmandu Hava Limanına enişi zamanı baş verib.

Eniş zamanı linerin təkərləri yanmağa başlayıb. Təyyarənin göyərtəsində dörd uşaq da daxil olmaqla 277 sərnişin olub. Onlar təxliyə ediliblər.

İlkin məlumatlara əsasən, səbəb hidravlik mayenin əyləc sisteminə düşməsi olub. Bu da yanğına gətirib çıxarıb. Yanğınsöndürmə briqadaları alovu bir neçə dəqiqə ərzində söndürüblər.