Universitetlərdə dərslər bu tarixdə BİTƏCƏK - RTV

Azərbaycanda ali təhsil müəssisələri üçün sonuncu tədris günü müəyyən edilib. RTV kanalının məlumatına görə, dərslər 26 may tarixində yekunlaşacaq.

Qeyd olunur ki, tədris prosesinin başa çatmasından sonrakı dövrdə yay imtahan sessiyasının keçirilməsi planlaşdırılır.

Tələbələrin biliklərinin yoxlanılması üçün nəzərdə tutulan bu müddətin təxminən bir ay davam edəcəyi bildirilir.