Xarici dil imtahanı ilə bağlı yeni tələb - RTV

Dövlət İmtahan Mərkəzi (DİM) tam orta təhsil səviyyəsində xarici dillər üzrə imtahan modelində dəyişikliklər edib. Yeni model 2027-ci ildən etibarən tətbiq olunacaq.

Bu barədə Dövlət İmtahan Mərkəzinin Dövlət dili və Xarici dillər üzrə şöbəsinin müdiri Könül Hacıyeva "Tam orta təhsil səviyyəsində xarici dil fənləri üzrə qiymətləndirmə: yeni yanaşmalar və perspektivlər" adlı tədbirdə məlumat verib.

"Gələn ildən şagirdlər buraxılış imtahanında xarici dil fənnindən esse də yazacaqlar."

Yeniliyə əsasən, imtahan 26 tapşırıqdan ibarət olacaq. Bu tapşırıqlardan 25-i qapalı tipli, biri isə yazı işi olacaq.

Dinləyib anlama bölməsi üçün dörd qapalı tipli test tapşırığı təqdim ediləcək. Oxu bacarığı iki hissədən ibarət olmaqla, ümumilikdə səkkiz test tapşırığı ilə yoxlanılacaq. Qrammatika üzrə abituriyentlərə 13 test tapşırığı veriləcək. Yazı bacarığı isə ayrıca bir tapşırıq vasitəsilə qiymətləndiriləcək.