Xəyal Rza ailə ilə birlikdə QƏZAYA DÜŞDÜ - RTV

Azərbaycan Yazıçılar Birliyinin mətbuat katibi Xəyal Rza Göyçayda yol nəqliyyat hadisəsinə düşüb. Hadisə barədə Xəyal Rza özünün sosial şəbəkə hesabında məlumat yayıb.

Baş verən qəza zamanı Xəyal Rzanın idarə etdiyi nəqliyyat vasitəsi yararsız vəziyyətə düşüb. Xəyal Rza bildirib ki, o, ailəsi və atası ilə birlikdə Göyçay şəhərində hərəkətdə olarkən, BMW markalı bir avtomobil yol hərəkəti qaydalarını pozaraq onun Çanqan markalı avtomobilinə, daha sonra isə Mercedes markalı digər nəqliyyat vasitəsinə çırpılıb.