2025-2030-cu illəri əhatə edən dövlət proqramında tramvay haqqında xüsusi maddələr yer alıb.
Bakı Metropoliteni Qapalı Səhmdar Cəmiyyətinin sədri Vüsal Aslanov Azad Azərbaycan Televiziyasına verdiyi müsahibədə bildirib ki, hazırda tramvayın konseptual planı hazırlanır.
Aslanov qeyd edib ki, ilkin olaraq Mehdiabad ərazisindən Bakı şəhərinin mərkəzinə alternativ bir neçə variant müzakirə edilərək tramvayın çəkilməsi planlaşdırılır.