Mərhum əməkdar artist Həsən Əblucun xanımı xəstəxanaya yerləşdirilib. Bu barədə məlumatı RTV-yə onun qızı Elnaz Əbluc Həsən yayıb.
Elnaz Əbluc Həsən bildirib ki, anasının vəziyyəti ağırlaşıb və xəstəxanaya aparılıb. O, ailəsinə kömək edilməsi üçün çağırış edib:
"Heç olmasa indi Həsən Əblucun ailəsinə kömək edilsin. Anam qalıb ac-sus, halsız evdə, ortalıqda."
Son məlumata görə, əməkdar artistin xanımı hazırda reanimasiyadadır.