Gəncə şəhərində piyadanın vurulması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib. Hadisə şəhərin Mirzə Abbas Abbaszadə küçəsində qeydə alınıb.
Qadın sürücü idarə etdiyi avtomobillə hərəkətdə olan zaman yolu qarşı tərəfə keçmək istəyən 2015-ci il təvəllüdlü Zeynalovanı vurub. 11 yaşlı qız dərhal xəstəxanaya yerləşdirilib. Onun vəziyyətinin kafi olduğu bildirilir.
Hadisə yerinə polis əməkdaşları cəlb edilib. Faktla bağlı araşdırma aparılır.