Azərbaycanda icbari sığorta bazarı üzrə ödənişlər 16 %-dən çox artdı - RTV

Bu ilin yanvar ayında Azərbaycanda icbari sığorta növlərinin hesabına 20 milyon 148 min manat sığorta haqqı toplanıb. Azərbaycan Mərkəzi Bankının verdiyi məlumata görə, bu, 2023-cü ilin eyni dövrü ilə müqayisədə 12,6% azdır.

Hesabat dövründə icbari sığorta növləri üzrə ödənişlərin məbləği 11,75 milyon manat təşkil edib ki, bu da bir il əvvələ nisbətən 16,3% çoxdur.

Beləliklə, yanvarda icbari sığorta bazarında toplanmış hər 100 manat sığorta haqqının 58,3 manatı qədər ödəniş edilib. Bu rəqəm isə bir il bundan əvvəl 43,8 manat olub.