Mayın 22-də Dənizkənarı Milli Parkda gimnastika məşqçisi Kərimovaya qarşı törədilmiş cinayət əməlinin görüntüləri yayılıb.
Görüntülərdən 47 yaşlı Şamxal Nəcəfovun bulvarda hərəkətdə olarkən məhəccərin qarşısında dayanmış gənc qıza fiziki olaraq əxlaqsız hərəkətlər etdiyi aydın görünür. Bu zaman onlar arasında insident baş verib.
Yaxınlıqdan keçən gənc oğlan Kərimovaya yardım edib. O, Şamxal Nəcəfovun fikrini yayındırıb. Nəticədə Nəcəfov bıçaq çıxararaq ona hücum etsə də, həmin gənc və Kərimova qaçaraq ərazidən uzaqlaşıblar.
Polisin keçirdiyi tədbirlərlə Nəcəfov saxlanılıb. Onun üzərindən üç ədəd soyuq silah hesab edilən kəsici-deşici alət aşkar edilib. Həmin şəxs barəsində məsuliyyət tədbirləri görülür.