Məktəbli qızı nişanlısı öldürdü - SƏBƏB - RTV

Özbəkistanın Namanqan vilayətinin Kasansay rayonunda dəhşətli cinayət hadisəsi baş verib. Belə ki, 28 yaşlı kişi 11-ci sinif şagirdi olan 18 yaşlı nişanlısını qətlə yetirib. Hadisə mayın 6-sı səhər saatlarında cütlük arasında yaranan mübahisə zamanı baş verib.

Özbəkistan Baş Prokurorluğunun məlumatına görə, münaqişənin səbəbi məzun gecəsi üçün seçilən paltarla bağlı olub. Hadisədə qısqanclıq motivlərinin də yer aldığı bildirilir. Mübahisə zamanı şübhəli şəxs qıza döş və qarın nahiyəsindən bir neçə dəfə bıçaq zərbəsi endirib. Daha sonra cinayətkar hadisə yerindən qaçıb.

Yaralı məktəbli təcili olaraq yaxınlıqdakı tibb müəssisəsinə çatdırılıb, lakin həkimlər onun həyatını xilas edə bilməyiblər. Hüquq-mühafizə orqanları cinayətkarın yerini operativ şəkildə müəyyən edərək onu saxlayıblar.