Bakıda ofisiant işləyən Elnarə İbrahimovanın amansız qətli ilə bağlı cinayət işi üzrə təfərrüatlar məlum olub. Hadisə 2024-cü il dekabrın 17-də Sabunçu rayonu, Zabrat qəsəbəsi ərazisində baş verib.
Həmin gün 1995-ci il təvəllüdlü İgid Nurali oğlu Rəcəbzadə 15-ci Polis Bölməsinə gələrək inzibati ərazidə adam öldürməsi barədə məlumat verib. Hadisə yerinə baxış keçirilərkən, otluq və daş parçalarının olduğu sahədə 1991-ci il təvəllüdlü Elnarə Rakif qızı İbrahimovanın meyiti aşkar edilib. Meyitin yanında üzərində qan ləkələri olan təxminən 20 kiloqram ağırlığında daş parçası, baş nahiyəsində isə qana bənzər kütlə müşahidə olunub.
Məhkəmə-tibbi ekspertizasının rəyinə görə, Elnarə İbrahimovanın ölümünə sümüklərin açıq qəlpəli sınıqları ilə əlaqədar beyinə qansızma səbəb olub.
Sabunçu Rayon Prokuror