Qazaxda fərdi yaşayış evində partlayış baş verib. Hadisə evin hamam otağında qeydə alınıb.
İlkin məlumata görə, partlayış zamanı 1953-cü il təvəllüdlü Sədaqət Əliyeva xəsarət alıb. Qazax Rayon Mərkəzi Xəstəxanasından verilən məlumata görə, yaralılar Qazax Rayon Mərkəzi Xəstəxanasının Təcili Tibbi Yardım şöbəsinə hospitalizasiya olunub.
Üz nahiyəsinin üçüncü və bədəninin müxtəlif yerlərinin ikinci dərəcəli termiki yanıq diaqnozu təyin olunan Sədaqət Əliyevaya zəruri tibbi xidmət göstərildikdən sonra tibb müəssisəsinin Reanimasiya şöbəsinə yerləşdirilib. Onun vəziyyəti ağır olaraq qiymətləndirilir.
Faktla bağlı araşdırma başlanılıb.