Sabirabadda dəhşətli qəza - 1 ölü, 8 yaralı - RTV

Sabirabad rayonunun Qaragüney kəndində ağır yol nəqliyyat hadisəsi qeydə alınıb. Hadisə nəticəsində bir nəfər həyatını itirib, beş nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıb.

Qəza zamanı "Mercedes Vito" markalı mikroavtobus "VAZ 2109", "Opel" və "Qazel" markalı avtomobillərlə toqquşub. Hadisə yerində "VAZ"ın sürücüsü, 1978-ci il təvəllüdlü, Qaragüney sakini İbrahim Qurbanov dünyasını dəyişib.

Digər avtomobildə olan sərnişinlər – 2000-ci il təvəllüdlü Bəxtiyar Ələsgərov, 1990-cı il təvəllüdlü Xalidə Əhmədova, 1970-ci il təvəllüdlü Arifə Allahverdiyeva, 1975-ci il təvəllüdlü Emin Xudiyev və 1964-cü il təvəllüdlü Mürvət Durabov müxtəlif dərəcəli xəsarətlərlə Şirvan Şəhər Xəstəxanasına yerləşdiriliblər. Xəstəxanadan verilən məlumata görə, onlara bədənin müxtəlif nahiyələrinin çoxsaylı travması diaqnozu qoyulub. Hazırda pasiyentlərin müalicəsi təcili tibbi yardım şöbəsində davam etdirilir və vəziyyətl