Normativ sənədlərin tələblərinə cavab verməyən bioloji aktiv qida məhsulları məhv edilib. Bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) məlumat yayıb.
Bildirilib ki, nəzarət tədbirləri çərçivəsində fiziki şəxs Adəm İsgəndərov tərəfindən Türkiyədən idxal olunan 3047 ədəd “Deluar Drops” bioloji aktiv qida məhsullarından AQTA əməkdaşları tərəfindən nümunələr götürülərək laborator müayinələrə cəlb olunub.
Sınaq nəticəsində “Exnabet” məhsulunda Selen, A və E vitaminlərinin, “Deluar Drops” məhsulunda isə D3 vitamininin miqdarının normadan aşağı olduğu müəyyən edilib. Faktla bağlı qanunvericiliyə uyğun müvafiq qərar qəbul edilərək məhsul partiyaları məhv edilib.