Üçüncü kurs tələbəsi vəfat etdi - RTV

Bakı Dövlət Universitetinin (BDU) üçüncü kurs tələbəsi Nərmin Hikmət qızı Kərimova dünyasını dəyişib.

Universitetin Tarix fakültəsinin Tarix müəllimliyi ixtisası üzrə təhsil alan Nərmin Hikmət qızı Kərimova 21 yaşında vəfat edib. Hadisə mayın 11-i saat 12 radələrində baş verib. Kərimova yaşadığı Nərimanov küçəsi, ev 7, mənzil 11-in pəncərəsindən ehtiyatsızlıqdan yıxılıb.