Vado Korovinin kürəkəni də işdən çıxarıldı - RTV

Space Televiziyasının vəzifədən azad edilən baş direktoru Vado Korovinin kürəkəni, icraçı direktor Nəriman Əbdüləliyev işdən çıxarılıb.

Nəriman Əbdüləliyev bu barədə özünün sosial şəbəkə hesabında məlumat paylaşıb. O bildirib:

"Bu gün mənim üçün önəmli bir mərhələ başa çatdı. Space TV-də keçən illər ərzində çox mürəkkəb, eyni zamanda dəyərli bir yol keçdik. Göstərilən səmimiyyətə və münasibətə görə kollektivə ayrıca təşəkkür edirəm. Həyatda insanı necə qarşılanmasından çox, necə yola salınması yadda qalır. Space kollektivinə və yeni rəhbərliyə uğurlar arzulayıram."

Xatırladaq ki, bir neçə ay əvvəl Space Televiziyasının baş direktoru Vado Korovin də tutduğu vəzifədən azad edilmişdi.