Sosial şəbəkələr günümüzdə demək olar ki, hər kəsin əvəzolunmaz bir hissəsinə çevrilib. Bu şəbəkələrdə paylaşılan məzmunların həm faydası, həm də zərəri var. Zərərli təsirlər xüsusilə daha tez təsir altına düşən uşaqlar və yeniyetmələr arasında müşahidə olunur.
RTV-nin müxbiri Xanım Cavanşırqızı bildirir ki, dünyada sosial şəbəkələrdən istifadə yaşı ilə bağlı müzakirələr yenidən gündəmə gəlib. Bir sıra ölkələrdə azyaşlıların rəqəmsal platformalara girişinə məhdudiyyətlərin tətbiqi nəzərdən keçirilir. Bu addımın məqsədi uşaqları zərərli kontentdən, kiber-tə