Azərbaycanda fevralın 17-də havanın yağmursuz keçəcəyi gözlənilir. Milli Hidrometeorologiya xidmətindən verilən məlumata görə Bakı şəhəri və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, zaman-zaman tutulacağı, lakin əsas etibarilə yağmursuz keçəcəyi proqnozlaşdırılır. Axşam saatlarında və gecə yarımadanın bəzi hissələrində duman müşahidə edilə bilər. Gün ərzində əsasən mülayim cənub-qərb küləyinin axşama doğru şimal-qərb küləyinə keçəcəyi ehtimal edilir. Temperaturun gecə saatlarında 4-8, gündüz isə 15-19 dərəcə isti olacağı gözlənilir.
Azərbaycanın bölgələrində də hava şəraitinin əsasən yağmursuz keçəcəyi ehtimal olunur. Gecə və səhər saatlarında bəzi dağlıq, eləcə də dağətəyi ərazilərdə duman olacağı proqnozlaşdırılır. Bəzi yerlərdə qərb küləyinin arabir güclənəcəyi gözlənilir. Havanın temperaturu gecə 5-10, gündüz 19-23 dərəcə isti, dağlıq ərazilərdə gecə 3-8, gündüz 13-18 dərəcə isti olacaq.