18 martın hava proqnozu açıqlandı - RTV

Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, Azərbaycanda martın 18-də gözlənilən hava şəraiti açıqlanıb.

Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin səhər bəzi yerlərdə az çiskinli hava şəraiti ehtimal olunur. Şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 5-8 dərəcə isti, gündüz 10-15 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağıntılı olacağı, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Gündüz əksər rayonlarda yağıntılar tədricən kəsiləcək. Arabir duman olacaq. Şərq küləyi bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturu aran rayonlarında gecə 5-10 dərəcə isti, gündüz 12-17 dərəcə isti, dağlarda gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 7-12 dərəcə isti olacaq.