2 aprelin hava proqnozu açıqlandı - RTV

Azərbaycanda 2 aprel tarixinə gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı və əsasən yağmursuz keçəcəyi bildirilir. Lakin gecə bəzi yerlərdə arabir yağış yağacağı ehtimalı var. Səhər ayrı-ayrı yerlərdə duman müşahidə olunacaq. Mülayim cənub-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 10-12 dərəcə, gündüz 14-18 dərəcə isti təşkil edəcək.

Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin gecəyə doğru bəzi yerlərdə yağıntılı olacağı ehtimalı var. Ayrı-ayrı yerlərdə şimşək çaxacağı gözlənilir. Gecə və səhər bəzi yerlərdə arabir duman olacaq. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 8-12 dərəcə, gündüz 20-25 dərəcə isti təşkil edəcək. Dağlarda isə gecə 2-7 dərəcə, gündüz 12-17 dərəcə isti olacaq.