Azərbaycanda martın 27-də havanın yağıntılı keçəcəyi gözlənilir. Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Bildirilib ki, Bakıda və Abşeron yarımadasında arabir yağış yağacağı, bəzi yerlərdə intensiv olacağı gözlənilir. Yarımadanın ayrı-ayrı yerlərində qısa müddətli güclü yağıntılarla əlaqədar bəzi ərazilərdə su basma halları istisna olunmur. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Mülayim şimal-qərb küləyi arabir güclənəcək. Havanın temperaturu gecə 7-9 dərəcə isti, gündüz 11-13 dərəcə isti təşkil edəcək. Atmosfer təzyiqi 754 millimetr civə sütunundan 749 millimetr civə sütununa enəcək. Nisbi rütubət 90-95% təşkil edəcək.
Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağıntılı olacağı, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağıntının intensiv və güclü olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər bəzi yerlərdə arabir duman olacaq. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturu aran rayonlarında gecə 7-10 dərəcə isti, gündüz 12-16 dərəcə isti, dağlarda gecə 0-3 dərəcə isti, gündüz 3-5 dərəcə isti olacaq.