Milli Hidrometeorologiya Xidməti 3 aprel tarixi üçün ölkə ərazisində gözlənilən hava şəraitini açıqlayıb.
Verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraiti dəyişkən buludlu olacaq və əsasən yağmursuz keçəcək. Bəzi yerlərdə arabir duman müşahidə olunacaq. Mülayim cənub-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 10-13 dərəcə isti, gündüz isə 16-21 dərəcə isti olacaq.
Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz keçəcək. Lakin gündüz bəzi dağlıq ərazilərdə az yağıntılı olacaq. Bəzi yerlərdə arabir duman müşahidə ediləcək. Mülayim qərb küləyi əsəcək. Havanın temperaturu aran rayonlarında gecə 8-12 dərəcə isti, gündüz 21-26 dərəcə isti olacaq. Dağlarda isə gecə 0-5 dərəcə isti, gündüz 8-13 dərəcə isti olacaq.