Milli Hidrometeorologiya Xidməti martın 31-i üçün hava proqnozunu açıqlayıb.
Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı və əsasən yağmursuz keçəcəyi bildirilib. Gündüz bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Şimal-şərq küləyi axşam cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 7-10 dərəcə isti, gündüz isə 12-17 dərəcə isti təşkil edəcək. Atmosfer təzyiqi 751 millimetr civə sütunundan 758 millimetr civə sütununa yüksələcək. Nisbi rütubət 70-80 faiz arasında olacaq.
Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağıntının intensiv olacağı, dağlıq ərazilərdə qar yağacağı və şimşək çaxacağı ehtimalı var. Axşam əksər rayonlarda yağıntı tədricən kəsiləcək. Bəzi yerlərdə arabir duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturu aran rayonlarında gecə 8-11 dərəcə isti, gündüz 15-20 dərəcə isti, dağlarda isə gecə 2-6 dərəcə şaxta, gündüz 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti olacaq.