35 yaşlı taksi sürücüsü qəzada öldü - RTV

Masallı rayonunda ölümlə nəticələnən yol nəqliyyat hadisəsi baş verib. Hadisə Yeni Ələt-Astara magistral yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb.

Rəhim Hüseynovun idarə etdiyi "Mercedes" markalı minik avtomobili idarəetmədən çıxaraq yol kənarındakı maneəyə çırpılıb. Qəza nəticəsində sürücü, 1991-ci il təvəllüdlü Rəhim Hüseynov aldığı ağır xəsarətlərdən hadisə yerində həyatını itirib.

Avtomobildə olan daha iki sərnişin müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Masallı Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.