54 kiloqrama yaxın narkotik aşkarlandı - RTV

Polis əməkdaşlarının həyata keçirdiyi əməliyyat tədbirləri nəticəsində martın 25-də təxminən 54 kiloqram narkotik vasitə və 500 ədəd güclü təsiredici xassəyə malik metadon həbi aşkar olunaraq götürülüb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən verilən məlumata görə, narkotiklərin qanunsuz dövriyyəsinə qarşı qətiyyətli mübarizə tədbirləri davam etdirilir.