Şəmkir rayonunda bədbəxt hadisə baş verib. Rayonun Abbaslı kənd sakini, 1961-ci il təvəllüdlü Arzu Məmmədov yaşadığı evin qarşısındakı lampanı dəyişmək istəyərkən nərdivandan yıxılıb.
Nəticədə, 65 yaşlı Arzu Məmmədov aldığı ağır xəsarətlərdən hadisə yerində həyatını itirib. Hadisə yerinə polis və prokurorluq əməkdaşları cəlb olunublar.
Faktla bağlı araşdırma aparılır.