Gecə saatlarında Lənkəran-Lerik magistralında, Lənkəran rayonunun Kürümbə kənd ərazisində yol qəzası baş verib. Lənkəran şəhər istiqamətində hərəkətdə olan "Audi Q7" markalı miniavtomobil idarəetməni itirərək yol kənarında qaz borusuna çırpılıb.
Daha sonra sözügedən avtomobil suötürücü kanala aşıb. Qəza nəticəsində avtomobildə olan altı nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Lənkəran Rayon Mərkəzi Xəstəxanasının Təcili Yardım şöbəsinə hospitalizasiya olunublar.
Xəsarət alanlara bədənin müxtəlif nahiyələrinin çoxsaylı travması, qapalı kəllə-beyin travması, said sümüklərinin sınığı diaqnozları təyin edilib. Xəsarət alan şəxslərdən biri vəziyyətinə uyğun olaraq reanimasiya şöbəsinə yerləşdirilib. Digər xəsarət alanların müalicəsi cərrahiyyə şöbəsində davam etdirilir. Onların vəziyyətləri stabil qiymətləndirilir.
Faktla bağlı araşdırma aparılır.