Bələdiyyə sədri barəsində araşdırma başladıldı - RTV

Ankara Böyükşəhər Bələdiyyəsinin sədri Mansur Yavaş barəsində araşdırma başladılıb. Bu araşdırmanın başlanmasına səbəb, onun 2023-cü ildə Karabükdə keçirilən seçki mitinqində bələdiyyə resurslarından, o cümlədən nəqliyyat vasitələrindən qanunsuz istifadə etməsi ilə bağlı yayılan iddialardır.

Qərardan sonra bələdiyyə tərəfindən bəyanat yayılıb. Bəyanatda vurğulanır ki, sənədlərdə Mansur Yavaşın nəqliyyat vasitələrindən istifadə ilə bağlı birbaşa təlimat verdiyini göstərən heç bir fakt yoxdur. Buna baxmayaraq, fərziyyələrə əsaslanaraq məsuliyyəti təyin etməyə cəhdlər olunur.