Ər və arvadın meyiti yaşadıqları evdən tapıldı - RTV

RTV xəbər verir ki, Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Yarımca kəndində ər və arvadın meyiti yaşadıqları evdən tapılıb.

Belə ki, 1987-ci il təvəllüdlü Allahverdiyev Baxşəli Yunisoğlu və onun həyat yoldaşı, 1992-ci il təvəllüdlü Hüseynova Gülnarə Xalqverdi qızının meyitləri yaşadıqları evdə aşkar edilib.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub. Faktla bağlı Babək Rayon Prokurorluğunda araşdırma aparılır.