Güclü sel Siyəzən-Məşrif avtomobil yolunda körpünü UÇURDU - RTV

Siyəzən-Məşrif avtomobil yolundakı körpü güclü sel nəticəsində uçub. Məlumat RTV tərəfindən yayılıb.

Bildirilir ki, Gilgilçay üzərindəki körpü aprelin 6-sı səhər saatlarında dağılıb. Bu yol Siyəzən və Şabran rayonlarının 20-dən çox yaşayış məntəqəsinin sakinləri, həmçinin Qalaaltı Otel və Spa müasir müalicə istirahət kompleksinə gələn qonaqlar tərəfindən istifadə edilirdi.

Körpünün dağılması nəticəsində ərazidən keçən qaz və rabitə xətləri də sıradan çıxıb. Bununla əlaqədar olaraq, əraziyə təbii qazın verilişi məhdudlaşdırılıb və rabitə əlaqəsi kəsilib.