Nazir əmr imzaladı - RTV

Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Elmi Tədqiqat Tibbi Bərpa İnstitutunun direktoru vəzifəsindən azad edilib.

Mətanət Tələtqızı Əfəndiyeva sözügedən institutun direktoru vəzifəsindən azad edilib. Onun yerinə direktor əvəzi, həmin səhiyyə müəssisəsinin baş həkimi Nurlana Vilayətqızı Əliyeva təyin olunub.

Bununla bağlı Səhiyyə naziri Teymur Musayev müvafiq əmr imzalayıb.

Qeyd edək ki, Mətanət Əfəndiyeva 2024-cü il yanvarın 22-dən Elmi Tədqiqat Tibbi Bərpa İnstitutuna direktor təyin olunmuşdu.