Zaqatalada ağır qəza - Ölən və yaralananlar var - RTV

Zaqatalada ölümlə nəticələnən ağır yol qəzası baş verib. Hadisə Zaqatala-Muğanlı avtomobil yolunun Aşağı Tala kəndi ərazisində qeydə alınıb.

VAZ 21011 və Mercedes markalı avtomobillərin toqquşması nəticəsində bir nəfər aldığı ağır xəsarətlərdən hadisə yerində dünyasını dəyişib, bir neçə nəfər isə xəsarət alıb.

Hadisə yerinə rayon polis şöbəsinin əməkdaşları və xilasedicilər cəlb olunub. Yanğınsöndürən-xilasedicilər tərəfindən 53 yaşlı Rüfət Qurbanovun meyiti avtomobildən çıxarılıb.

Faktla bağlı araşdırma aparılır.