Zaqatalada ailəvi istirahət mərkəzində yanğın hadisəsi baş verib.
Martın 26-dan 27-sinə keçən gecə rayonun Qazangül qəsəbəsi ərazisində Elman Fəxrəddin oğlu Yüzbaşova məxsus "Hopleyk" ailəvi istirahət mərkəzinin mətbəx binasında yanğın qeydə alınıb. Ümumi sahəsi 100 kvadrat metrdən çox olan mətbəx binasının yanan konstruksiyaları, içərisində olan əşyalarla birlikdə yanıb.
Yanğının genişlənərək yaxınlıqdakı kotej və tikililərə keçməsinin qarşısı dərhal alınıb. Hadisə nəticəsində xəsarət alan olmayıb.
Faktla bağlı araşdırma aparılır.