İrəvanda mitinqdə Azərbaycanca səs yazısı SƏSLƏNDİRİLDİ - RTV

Rusiyalı oliqarx Samvel Karapetyanın təşkilatçılığı ilə İrəvanda keçirilən mitinqdə Azərbaycan dilində səs yazıları səsləndirilib. Videoda geniş izdihamın iştirak etdiyi mitinqdə erməni bayraqları və digər plakatlar görünür.

Məlumata görə, Karapetyanın tərəfdarları bu səs yazılarını revanşist əhval-ruhiyyəni qızışdırmaq və toplaşanları azərbaycanlılarla öykütmək məqsədilə səsləndiriblər. Səs yazılarından birində İrəvana gedərək erməni mənzilində məskunlaşan azərbaycanlı ailə təsvir edilib.

Səsləndirilən yazıda "İndi bunların hamısı bizim olacaq", "Gözəl mənzil, xoşuma gəldi" və "Onların baş naziri var olsun" kimi ifadələr yer alıb.