Azərbaycanda martın 20-si üçün gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı bildirilib. Gündüz bəzi yerlərdə yağış yağacağı gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Mülayim cənub-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 6-8 dərəcə, gündüz isə 10-14 dərəcə isti olacaq.
Azərbaycanın qərb rayonlarından başlayaraq bəzi yerlərdə arabir yağıntılı olacağı, dağlıq ərazilərdə qar yağacağı proqnozlaşdırılır. Ayrı-ayrı yerlərdə yağıntıların intensivləşəcəyi, şimşək çaxacağı, dağlıq ərazilərdə dolu düşəcəyi ehtimalı var. Bəzi yerlərdə arabir duman olacaq. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 6-10 dərəcə, gündüz 11-15 dərəcə isti təşkil edəcək. Dağlarda isə gecə 0-5 dərəcə, gündüz 5-10 dərəcə isti olacağı gözlənilir.