Goranboyda qonşusu tərəfindən döyülən şəxs xəstəxanada vəfat edib. 1994-cü il təvəllüdlü Əliyev Goranboyda xəsarət alaraq Gəncədə xəstəxanaya yerləşdirilmişdi, lakin onun həyatını xilas etmək mümkün olmayıb.
Hadisə martın 20-də Goranboyun Dəliməmmədli şəhərində qeydə alınıb. Şəhər sakinləri, 1985-ci il təvəllüdlü Ağalı ilə həmyerlisi, 1994-cü il təvəllüdlü Əliyev arasında mübahisə yaranıb. Mübahisə zamanı Ağalı Əliyevə xəsarət yetirib.
Faktla bağlı araşdırma aparılır.