12 iyunun hava proqnozu açıqlandı - RTV

12 iyun tarixində Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu olacaq. Ara-sıra arabir yağış yağacağı gözlənilir.

Gecə yarımadasının bəzi yerlərində qısa müddətli az yağış yağması ehtimalı var.

Mülayim şimal-qərb küləyi gündüz yarımadasının bəzi yerlərində arabir güclənəcək.

Havanın temperaturu gecə 18-22, gündüz 26-30 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında da arabir yağış yağacağı, bəzi yerlərdə isə şimşək çaxacağı, dolu düşəcəyi gözlənilir.

Əsasən dağlıq və dağətəyi rayonlarda yağışların intensivləşəcəyi ehtimalı var.

Gecə və səhər bəzi yerlərdə duman olacaq.

Şimal-qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 17-21, gündüz 29-34 dərəcə isti olacaq.

Dağlarda gecə 8-13, gündüz 17-22 dərəcə isti olacaq.

Bəzi yerlərdə isə 25-28 dərəcə isti olacaq.